“Monako”nun yarımmüdafiəçisi Yussuf Fofana uğrunda iki klub arasında mübarizə gərginləşir. Matc.az xəbər verir ki, “Milan”ın 17 milyon avroluq ilk təklifi fransızları qane etməyib.

Bundan yararlanan “Vest Hem” 25 yaşlı oyunçunun keçidi müqabilində qarşı tərəfə 35 milyon avro təklif edib. Bu isə Fransa klubunun tələb etdiyi məbləğdi. İndi “Milan”ın ikinci cəhddə hansı təkliflə “Monako”nun qapısını döyəcəyindən çox şey asılıdı. Fransa millisinin üzvü tezliklə bu iki klubdan birinə keçəcək.

Qeyd edək ki, Yussuf Fofananın “Monako” ilə müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest