29 İyul 2024, 14:54
FUTBOL
Yığmamızın Slovakiya ilə keçirəcəyi ev oyununun yeri açıqlanıb.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
C Liqasının 1-ci qrupu çərçivəsində təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.