29 İyul 2024, 15:50
FUTBOL
"Fənərbaxça"nın serbiyalı futbolçusu Duşan Tadiç komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
"Əl-Qadisiyyə" Tadiçi heyətinə qatmaqda israrlıdır. Ərəblər bu keçidin qarşılığında "Fənərbaxça"ya 6 milyon avro ödəməyə hazırdırlar. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, Tadiçin “Fənərbaxça” ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.