29 İyul 2024, 16:19
FUTBOL
"Qalatasaray" rəhbərliyi klubun yetirməsi Cankat Yılmaz ilə peşəkar müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc qolkiperlə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Ancaq “cim-bom” sözləşmə bağlayandan dərhal sonra 19 yaşlı qapıçını “Adanaspor”a icarəyə verib.
O, 2024/25 mövsümünün sonunadək 1-ci liqa təmsilçisində çıxış edəcək.