Madrid “Real”ının və PSJ-nin sabiq qapıçısı Keylor Navasın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O qeyd edib ki, 37 yaşlı qolkiper İtaliyanın "Monza" klubuna keçməyə yaxındı. Tərəflərin razılığa gəldikləri və tezliklə rəsmi müqavilənin imzalanacağı qeyd olunub.

Bu ilin iyulunda PSJ-dən ayrılan və azad agent statusu daşıyan Navas karyerası ərzində "Levante" və "Nottingem Forest" klublarında da oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest