“Arsenal” “Bolonya” və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiorinin transferini rəsmiləşdirib.

Matc.az xəbər verir ki, “topçular” Kalafiori ilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

“Arsenal” İtaliya millisinin oyunçusuna 45 milyon avro və əlavə bonuslar ödəyib. Kalafiori 33 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi ötən yay “Bazel”dən İtaliyaya cəmi 4 milyon avroya qayıdıb. Kalafiori “Roma” akademiyasının yetirməsidir. Ucaboy müdafiəçi İtaliya millisində iyun ayında debüt edib, bundan sonra 2024-cü il Avropa çempionatında “Skuadra Adzurra”nın heyətində 3 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest