30 İyul 2024, 15:30
FUTBOL
“Monako” yarımmüdafiəçisi Məhəmməd Kamaranı satmağa razılıq verib. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu Avropa nəhənglərinə deyil, Səudiyyə Ərəbistanı klubuna keçəcək.
Çünki “Əl-Sədd” 16,5 milyon avroya onu heyətinə cəlb etmək üçün fransızlarla razılığa gəlib. Ərəblər Mali millisinin üzvünün uğurlu çıxışı təqdirində, daha 3,5 milyon avro bonus ödəyəcəklər.
Qeyd edək ki, Məhəmməd Kamara “Monako”ya 2022-ci ildə “Zalsburq”dan keçib.