30 İyul 2024, 16:34
FUTBOL
Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb. Qiymətlər 3 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 15 (3A) və 20 (VIP) manat təşkil edir.
Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiymətlər 3 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 15 (3A) və 20 (VIP) manat təşkil edir.
Biletləri iticket.az vasitəsilə əldə etmək olar. “Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu avqustun 3-də saat 18:30-da keçiriləcək.