“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin De Bruyneni transfer etmək üçün klub rəhbərliyinə heç bir təklifin olmadığını bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis aparıcı futbolçunun komandada qalmasını istəyir.

“Onunla birbaşa danışmamışam. Amma klub mənə heç bir təklifin olmadığını bildirdi. Birinin getməsi üçün öncə təklif almalısınız. Nə olacağını bilmirəm, amma əlbəttə ki, Kevinin qalmasını istərdim”, - deyə Qvardiola söyləyib.

Qeyd edək ki, Kevin De Bruynenin Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razı olduğu bildirilirdi. Belçikalı 2015-ci ildən “şəhərlilər”də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest