“Qalatasaray” komandanın müdafiəçisi Emin Bayramı Belçikanın “Vesterlo” klubuna satıb.

Matc.az xəbər verir ki, İstanbul klubu bu transfer müqabilində “Vesterlo”dan 4 milyon avro alacaq və növbəti satışda qazancın 50%-i “sarı-qırmızıların” kassasına daxil olacaq.

Qeyd edək ki, Emin Bayramın transferi əvvəllər də gündəmə gəlmiş, lakin azarkeşlərin reaksiyasından sonra futbolçunun komandada qalacağına qərar verilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest