30 İyul 2024, 19:47
FUTBOL
Misir futbolunun əfsanəsi Məhəmməd Elneni karyerasını BƏƏ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, “Arsenal”ın sabiq futbolçusu “Əl-Cəzirə” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Elneny bu yay “Arsenal”dan ayrıldıqdan sonra azad agent statusundadır. O, 2016-cı ildən London klubunda çıxış edib. Ümumilikdə futbolçu “topçular”ın heyətində 161 oyun keçirib, 6 qol vurub.
32 yaşlı yarımmüdafiəçi Misir millisinin heyətində isə 98 oyunda 8 qol vurub.