“Çelsi”nin hücumçusu Romelu Lukaku yenidən İtaliyada çıxış edə bilər. Matc.az xəbər verir ki, “İnter” və “Roma”nın sabiq futbolçusu bu dəfə “Napoli”nin formasını geyinməyə yaxındı.

London təmsilçisi Belçika millisinin üzvünü neapollulara təklif edib. Əvəzində isə A seriyası klubunun hücumçusu Viktor Osimxenin Londona köçməsi istənilib. Hazırda klublar bu dəyişikliyin mümkünlüyünü müzakirə edirlər.

Tərəflər razılığa gəlsə, Lukaku “Napoli”yə keçəcək, Osimxen isə sonradan transfer edilmək şərti ilə icarəyə veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest