Din Heysen “Yuventus”dan ayrılıb. Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçinin yeni klubu da bəllidi.

Niderlandlı mərkəz müdafiəçisi “Bornmut”a keçib. İtaliya klubu bu transferdən 18 milyon avroluq qazanc götürüb. Gənc oyunçu Premyer Liqa təmsilçisi ilə 6 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Din Heysen ötən mövsüm A Seriyasında 14 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest