Ötən mövsüm “Neftçi” futzal klubunun heyətində çıxış edən Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib. Matc.az xəbər verir ki, 25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün tər tökəcək.

Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü. Əliyev debütünü gələn ay keçiriləcək Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest