“Sampdoriya”nın qapıçısı Emil Audero “Komo”ya keçib. Matc.az xəbər verir ki, 27 yaşlı qolkiper A seriyasının debütantı ilə 4 illik müqavilə imzalayıb.

Audero ötən mövsümü icarə əsasında İtaliya çempionu olduğu “İnter”də keçirib. O, ölkə çempionatında 4 oyuna çıxıb, 3 qol buraxıb.

Qeyd edək ki, “Komo”nun baş məşqçisi tanınmış ispaniyalı sabiq futbolçu Sesk Fabreqasdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest