31 İyul 2024, 20:36
FUTBOL
Barak Baxarın oyunöncəsi mətbuat konfransı baş tutmayacaq.
Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.
İsrailin “Makkabi” klubu Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.
Matc.az xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın oyunöncəsi mətbuat konfransı baş tutmayacaq. Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.
Bundan öncə, “Makkabi”nin Bakıda keçirməli olduğu məşq də eyni səbədən ləğv edildiyi açıqlanıb.
Qeyd edək ki, “Sabah” - "Makkabi" qarşılaşması sabah saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasında ilk görüş Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.