“Mançester Yunayted” yeni mövsümöncəsi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “mankunianlar”ın əsas hücumçusu Rasmus Hoylund sıradan çıxıb.

O, “Arsenal”la keçirilən yoxlama matçında (1:2) dizindən zədə alıb. Hoylund bu səbəbdən yeni mövsümün startını buraxacaq. Rasmusun təxminən 6 həftəyə sıraya dönəcəyi bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk turunda avqustun 16-da “Fulhem”i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest