"Qalatasaray" və "Beşiktaş" arasında keçiriləcək Türkiyə Superkuboku oyununu hansı hakimin idarə edəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, görüşdə ədalət təmsilçisi Atilla Karaoğlan olacaq.

Matç avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

"Qalatasaray" ötən mövsüm Türkiyə Superliqasının qalibi olduğu halda, "Beşiktaş" ölkə kuboku qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest