01 Avqust 2024, 17:52
FUTBOL
“Zalsburq”un və Serbiya millisinin müdafiəçisi Straxinya Pavloviçin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu “Milan”a keçib.
İtaliya klubu gənc oyunçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalayıb. “Rossonyerlər” sözləşməni daha bir il uzatmaq hüququna malikdi. Pavloviç yeni komandasında 31 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Straxinya Pavloviç ötən mövsüm bütün turnirlərdə 37 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.