Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə (Hayfa, İsrail) cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı rəqib komandanın “Sabah”dan daha yaxşı çıxış etdiyini söyləyib:

“Etiraf etmək lazımdırsa, “Makkabi” daha yaxşı çıxış edən tərəf oldu. Güclü rəqibi bir görüşdə məğlub edə bilərsən. Cavab matçında bu çətin alınır. Futbolçularımız layiqli mübarizə apardılar. Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər”.

Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Sabah” doğma meydanda “Makkabi”yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qələbə qazandığı üçün növbəti tura yüksələn komandanın adı penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan “bayquşlar” (3:2, pen) III təsnifat mərhələsinə adlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest