Evdə keçirilən cavab matçında 0:2 hesabı uduzan “Eqnatiya” avrokuboklarda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” klubu UEFA Konfrans Liqası ilə vidalaşıb. Matc.az xəbər verir ki, Albaniya təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində meydanında “Vikinqur”u qəbul edib.
Bir həftə əvvəl İslandiyada keçirilən görüşdə 1:0 hesablı səfər qələbəsi qazanan “Eqnatiya”nın növbəti mərhələyə adlamaq şansı daha çox olsa da, albanlar bundan faydalana bilməyiblər. Evdə keçirilən cavab matçında 0:2 hesabı uduzan “Eqnatiya” avrokuboklarda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Zamiq də bu oyunun iştirakçısı olub. Müdafiəçi start heyətdə yer almasa da, 46-cı dəqiqədə meydana daxil olub.