“Zirə”ni qələbə və növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm. Onlara növbəti oyunlarda uğurlar arzulayıram”. Matc.az xəbər verir ki, bunu "DAK 1904" klubunun baş məşqçisi Xisko Munyoz deyib.

Munyoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyada "Zirə"yə uduzduqları cavab oyununu (1:2) dəyərləndirib.

O, qırmızı vərəqənin matçın qırılma nöqtəsi olduğunu deyib: “Zirə”ni yaxşı təhlil etmişdik. Meydanda da gözlədiyimiz “Zirə”ni gördük. Bizimlə müqayisədə rəqibin futbolçuları meydanda bir-birlərini daha yaxşı başa düşürdülər. Digər komponentlərdə də “Zirə” üstün idi. Bugünkü matçda qırmızı vərəqə almağımız heç yerinə düşmədi. Bundan sonra futbolçularım tam olaraq oyundan qopdular. Halbuki hesabı bərabərləşdirmişdik, ardını da gətirə bilərdik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest