“Kəpəz” gənc futbolçuları ilə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi məlumat yayıb.

Bildirilib ki, Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə bağlanıb. Əvəzedici heyətdə çıxış etmiş müdafiəçilər Ümid Səmədov və Arzu Atakişiyev, həmçinin hücumçu Cavad Kərimov daha 3 il “Kəpəz”in uğurları üçün çalışacaq.

Uzunmüddətli müqavilələr ilə bu futbolçuların yaxın gələcəkdə “Kəpəz”in əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest