Uzun müddətdi klubsuz qalan David de Xea təkliflər alıb. Matc.az xəbər verir ki, ispaniyalı qapıçının karyerasını İtaliya A seriyasında davam etdirmək variantı var.

Belə ki, onunla iki klub yaxından maraqlanır. 33 yaşlı futbolçunun xidmətində “Cenoa” və “Fiorentina” maraqlıdı.

Qeyd edək ki, David de Xea 2011-2023-cü illərdə “Mançester Yunayted”in formasını geyinib. O, ötən ilin yayından işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest