02 Avqust 2024, 11:56
FUTBOL
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, I turun avqustun 4-də keçiriləcək "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib.
Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.
Bu, bakılıların UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə qarşılaşacaq.