Azərbaycan Premyer Liqasının ilk turunda “Sabah”la qarşılaşacaq “Şamaxı” heyətlə bağlı problem yaşayıb. Matc.az xəbər verir ki, bölgə klubunun yeni transferi Brahim Konate zədələnib.

Fransalı yarımmüdafiəçisi bu səbəbdən “Sabah”la matçda komandasına kömək edə bilməyəcək. Onun növbəti turda “Araz-Naxçıvan”la görüşədək zədəsini sağaldacağı bildirilir.

Qeyd edək ki, “Sabah” - “Şamaxı” qarşılaşması avqustun 4-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest