“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubdakı durumundan narazılığını bildirən hücumçu Julian Alvaresin açıqlamasında münasibət bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis dünya çempionunun şikayətlənmək ixtiyarının olmadığını bildirib.

Qvardiola hətta Alvaresin ayrıla biləcəyini də istisna etməyib: “Bilirəm ki, Alvares vacib matçlarda oynamaq istəyir. Amma digər oyunçular da bunu istəyir. Vacib görüşlərdə meydanda olmaq istəyən 18-19 futbolçumuz var. Alvaresin gələcəyi ilə bağlı nə düşündüyünü bilmirəm. Qərar verdiyi zaman meneceri idman direktoruna zəng edəcək. Fikirləşsin, sonra nə etmək istədiyini bildirər”.

Qeyd edək ki, argentinalı forvard “Atletiko” və PSJ-nin maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest