Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”lə qarşılaşacaq “Qarabağ” Bolqarıstan klubuna məğlub olarsa, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. Matc.az xəbər verir ki, Azərbaycan çempionu belə olan halda püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

Belə ki, avqustun 5-də keçiriləcək püşkatma mərasiminda “Qarabağ” – “Ludoqorets” cütünün məğlubunun potensial rəqibləri səpələnməmişlərdən gələcək.

5 komanda pley-offdan yarışa qoşulacaq. Bundan başqa, Çempionlar Liqasının Çempionlar yolundan gələcək 6 klub və Avropa Liqasında yoluna davam edəcək 13 komanda pley-offa qatılacaq.

“Qarabağ” - “Ludoqorets” duelinin məğlubunun Avropa Liqasındakı mümkün rəqibləri aşağıdakılar olacaq:

“Trabzonspor” – “Rapid” (Vyana) cütünün qalibi

“Riyeka” – “Elfsborq” cütünün qalibi

“Beşiktaş”

“Sparta” – “Styaua” cütünün məğlubu

“Klaksvik” – “Borats” cütünün qalibi

“Selye” – “Şemrok Rovers” cütünün qalibi

“Dinamo” (Minsk) – “Linkoln” cütünün qalibi

“Petrokub” – TNS cütünün qalibi

“Santa Koloma” – RFŞ cütünün qalibi

“Harts”

“Baçka Tobola”

“Yagellonya” – “Bodo Qlimt” cütünün məğlubu

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest