Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri “Zirə” və “Sabah”ın III təsnifat mərhələsində keçirəcəkləri hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.
Matc.az xəbər verir ki, komandalarımız ilk görüşlərini avqustun 8-də səfərdə, cavab qarşılaşmalarını isə ayın 15-də evdə keçirəcəklər.
İlk oyunlar
8 avqust
22:00. “Osiyek” (Xorvatiya) - “Zirə” (Azərbaycan)
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillu, Konstantinos Perrakis
VAR hakimləri: Stefanos Koumparakis, Spiridon Zampalas (hamısı Yunanıstan)
“Opus Arena”, Osiyek
22:45. “Sent Patriks” (İrlandiya) – “Sabah” (Azərbaycan)
Hakimlər: Vilyalmur Torarinsson, Qulfi Mar Siqurdsson, Birkir Siqurdarson, Helqi Mikael Yonasson (hamısı İslandiya)
VAR hakimləri: Darren İnglend, Neil Devis (hər ikisi İngiltərə)
“Tallaqt stadionu”, Dublin
Cavab oyunları
15 avqust
20:00. “Sabah” - “Sent Patriks”
Hakimlər: Marsel Birsan, Radu Qinqulek, Adrian Vorniku, Andrey Antonye
VAR hakimləri: Radu Petresku, Rares Vidikan (hamısı Rumıniya)
“Bank Respublika Arena”
20:30. “Zirə” – “Osiyek”
Hakimlər: Yulian Veynberqer, Maksimilian Kolbitş, Andreas Vitşniqq, Stefan Ebner
VAR hakimləri: Uolter Altmann, Andreas Heiss (hamısı Avstriya)
“Liv Bona Dea Arena”