“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Ançelotti karyerasını Madrid klubunda başa vuracağını deyib:
“Düşünürəm ki, “Real” mənim karyeramdakı son klubum olacaq.
Milli komanda çalışdırmaq barədə düşüncəm yoxdur. Milli komanda fikrini heç sevmirəm, çünki bu, ən çox həzz aldığım şeyi – hər gün işləmək imkanımı itirəcəyim deməkdir. Mən gördüyüm işi həqiqətən sevirəm.
Bu, mənim məşqçi kimi 29-cu mövsümdür. Doğrudur, çox qələbə qazandım, amma təsəvvür edin ki, nə qədər titul itirmişəm”.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2013-2015-ci illərdə də “Real”a rəhbərlik edib. 2021-ci ildə Ançelotti yenidən Madrid klubuna qayıdıb. İtaliyalı mütəxəssisin “Kral klub” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.