03 Avqust 2024, 10:26
FUTBOL
“Norviç Siti”nin yarımmüdafiəçisi Qabirel Sara karyerasını “Qalatasaray”da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “A Spor” kanalı yayıb.
Bildirilir ki, İstanbul klubu uzun müddətdir axtardığı 8 nömrəli formanı geyinəcək futbolçu üçün “Norviç Siti” ilə razılıq əldə edib.
“Sarı-qırmızılılar”ın 25 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 20 milyon avrodan aşağı transfer haqqı ödəyəcəyi bildirilib. Futbolçu “Qalatasaray”da 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Sara ötən mövsüm “Norviç Siti”nin heyətində 53 rəsmi oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.