03 Avqust 2024, 10:51
FUTBOL
PSJ “Mançester Siti”nin argentinalı hücumçusu Xulian Alvares üçün rəsmi təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Alvares Paris-2024-də keçirilən Olimpiadada Argentina yığmasının heyətində yer alıb. Onun komandası 1/4 finalda Fransaya uduzub (0:1).
Qeyd edək ki, 24 yaşlı argentinalı ötən mövsüm bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Alvaresin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 90 milyon avrodur.