Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olacaq.

Matc.az xəbər verir ki, həlledici görüşdə son Türkiyə Superliqasının çempionu “Qalatasaray” ilə ölkə kubokunun qalibi “Beşiktaş” üz-üzə gələcək.

Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:45-də səslənəcək. Matçı Atilla Karaoğlan idarə edəcək.

Qeyd edək ki, Türkiyə Superkuboku ilk olaraq 1966-cı ildə Prezident kuboku adı altında keçirilməyə başlanıb. 1998-ci ildə fasilə verildikdən sonra 2006-cı ildən etibarən Türkiyə Futbol Federasiyası tərəfindən ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında Türkiyə Superkuboku adı altında keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest