Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, həlledici görüşdə son Türkiyə Superliqasının çempionu “Qalatasaray” ilə ölkə kubokunun qalibi “Beşiktaş” üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” tarixə keçəcək hesabla “sarı-qırmızılılar”ı məğlub edib – 0:5.

Qarşılaşmanın ən yaxşısı “qara-qartallar”ın yeni transferi Çiro İmmobile seçilib. O, bu qarşılaşmada 2 qola imza atıb.

Qeyd edək ki, ötən il Türkiyə Superkubokunun qalibi “Qalatasaray” olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest