Yeni mövsüm hələ başlamasa da, azarkeşlər artıq “El-Klassiko”ya baxa biliblər.

Matc.az xəbə verir ki, ABŞ turnesi zamanı “Barselona” və “Real” yoldaşlıq oyununda qarşılaşıblar.

İlk qolu birinci hissənin sonunda kataloniyalılar vurub. Robert Levandovskinin əla ötürməsindən sonra Pau Deqaldo topu bir neçə metr məsafədən tora göndərib. İkinci qol da kataloniyalılara məxsus olub, Deqaldo dubl edib.

Oyunun sonlarına doğru “Real”, komandasının gənc istedadlarının səyi nəticəsində fərqi minimum endirə bilib. Arda Gülərin küncdən ötürməsini Niko Paz uğurla tamamlayıb.

Qeyd edək ki, yeni mövsüm ən azı iki “El-Klasiko” izləyə biləcəyik. Əzəli rəqibər La Liqada 27 oktyabr və 11 may tarixlərində qarşılaşacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest