05 Avqust 2024, 19:08
FUTBOL
AVRO-2024-dən sonra Rumıniya millisinin baş məqçisi Evard İordaneskusuz gözlənilmədən ölkənin Futbol Federasiyası ilə müqaviləsini yeniləməmək qərarına gəlmişdi.
Matc.az xəbər verir ki, axtarışlarını yekunlaşdıran Rumıniya Futbol Federasiyasının rəhbərliyi yeni baş məşqçi ilə bağlı artıq qərar verib. Bu, əfsanəvi Mirça Luçesku olacaq. Onunla danışıqlar təxminən üç saat davam edib və sonda tərəflər razılığa gəliblər.
Artıq sabah üçün mətbuat konfransı elan edilib və həmin konfransda Luçesku ilə iki illik müqavilə imzalanacaq.
Beləliklə, Luçesku milli komandalar tarixinin ən yaşlı məşqçisi olacaq. Onun ötən ay 79 yaşı tamam olub.