05 Avqust 2024, 19:52
FUTBOL
PSJ yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Matc.az xəbər verir ki, Fransa çempionu “Ayntraxt”ın mərkəz müdafiəçisi Villian Paçonun transferi ilə bağlı tam razılığa gəlib.
Ekvadorlu futbolçunun transferi PSJ-yə 40 milyon avroya başa gələcək. Yaxın 24 saat ərzində o, Parisə uçacaq, tibbi müayinədən keçəcək və 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Paço bir il əvvəl “Antverpen”dən 9 milyon avroya Frankfurtun “Ayntraxt” klubuna keçmişdi. Ötən mövsümdə o, bütün turnirlərdə 44 oyun keçirib. 22 yaşlı müdafiəçi Ekvador millisinin heyətində 16 matçı və 2 qolu var.