PSJ-nin yarımmüdafiəçisi Renato Sançes “Benfika”ya keçib.

Matc.az xəbər verir ki, Sançes Portuqaliya klubunda icarə əsasında çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renato Sançes ötən mövsümü də icarə əsasında oynayıb. O, İtaliyanın “Roma” klubunda çıxış edib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 12 rəsmi oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest