06 Avqust 2024, 21:14
FUTBOL
Argentinanın və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin İspaniyadakı malikanəsi ətraf mühit fəallarının hücumuna məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bildirilir ki, fəallar hələ tam başa çatmamış malikanəyə girərək, onu qara-qırmızı boya ilə boyayıblar.
Sonra binada olanlardan biri üzərində “Planeti xilas edin. Zənginləri yeyin. Polisi ləğv edin” yazıları olan plakat açıb.