07 Avqust 2024, 09:56
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycanın xal ehtiyatında və mövqeyində dəyişiklik olmayıb.
Buna səbəb “Qarabağ”ın Çempionlar Liqası matçında evdə “Ludoqorets”ə məğlub olmasıdı. Azərbaycanın cari mövsümdə əmsalı 1,625, son beş mövsümdə isə 18,375-di. Azərbaycan bununla 23-cü pillədə qalıb.
Reytinqin ilk üç pilləsində müvafiq olaraq İngiltərə (89,160), İtaliya (79,106) və İspaniya (73,989) qərarlaşıb.

 
             
 















