07 Avqust 2024, 12:40
FUTBOL
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğana göz dikib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Almaniya millisinin üzvünü komandasında görmək istəyir.
Türkiyə klubu 33 yaşlı orta sahə oyunçusunu keçidə razı salmağa ümid edir. Kataloniyalılar da onun ayrılmasının əleyhinə deyil. Ancaq İstanbul nəhənginin təklifindən çox şey asılıdı. Futbolçu özü isə hazırkı komandasında qalmağın tərəfdarıdı.
Qeyd edək ki, İlkay Gündoğan ötən ilin yayından “Barselona”da çıxış edir. Onun La Liqa təmsilçisi ilə müqaviləsi 2024-25 mövsümünün sonuna kimi nəzərdə tutulub.