"Çelsi" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Zadəganlar" "Boka Xuniors"un formasını geyinən Aaron Anselminonu transfer ediblər. 19 yaşlı müdafiəçi yeni klubu ilə 7 illik müqaviləyə qol çəkib.

Maraqlıdır ki, “Çelsi” rəhbərliyi Aaronun növbəti mövsümü icarə əsasında "Boka Xuniors"da keçirməsini məqsədəuyğun sayıb.

Qeyd edək ki, Aaron "Boka Xuniors"da 10 oyunda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest