08 Avqust 2024, 16:44
FUTBOL
"Trabzonspor" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Superliqa klubu "Zarya"dan Arseniy Bataqovu sıralarına cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradəniz təmsilçisi 22 yaşlı müdafiəçi üçün Ukrayna klubuna 1,8 milyon avro təzminat ödəyib. Tərəflər arasında 4 illik müqavilə bağlanıb.