08 Avqust 2024, 17:23
FUTBOL
"Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "ağ-qaralar" "Şeffild Yunayted"dən Uilyam Osulanı transfer ediblər.
Məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.
“Nyukasl” bu keçidin baş tutması üçün 15 milyon funt-sterlinq xərcləyib.
Qeyd edək ki, Danimarkanın U-21 millisinin üzvü olan Osula ötən mövsümü icarə əsasında "Derbi Kaunti"də keçirib.