08 Avqust 2024, 17:50
FUTBOL
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in futbolçusu Bernard Tekpetey əməliyyat edilib. Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan klubu məlumat yayıb.
Bildirilib ki, Bakıdakı qarşılaşmada zədələnərək meydanı xərəkdə dərk edən hücumçu cərrahi müdaxiləyə ehtiyac duyub. Onun əməliyyatı Avstriyada baş tutub. Tekpetey 1 həftədən sonra Razqard şəhərinə qayıdacaq.
Qeyd edək ki, forvard “Qarabağ”ın müdafiəçisi Kevin Medina ilə mübarizədə zədə almışdı.