Əfsanəvi mərkəz müdafiəçisi Pepe gələcəyi ilə bağlı qərar verib. O, 41 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat paylaşıb.

Pepenin son klubu 2004-2007 və 2019-2024-cü illərdə çıxış etdiyi “Porto” olub.

Bu yay Pepe AVRO-2024-də Portuqaliya millisində çıxış edib və Roberto Martinezin komandasında əsas oyunçu olub. Onun karyerasındakı son matçı 1/4 finalda Portuqaliyanın penaltilər seriyasında uduzduğu Fransa ilə olub.

Qeyd edək ki, Pepe ən böyük şöhrətini 2007-2017-ci illərdə “Real”da oynadığı vaxt qazanıb. O, Madrid klubunda ümumilikdə 334 oyun keçirib, 15 qol vurub və 20 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest