08 Avqust 2024, 22:24
FUTBOL
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov daha 2 il karyerasını Türkiyədə davam etdirəcək.
Matc.az xəbər verir ki, “Ankaragücü” İsveçrənin “Qrasshopper” klubundan 25 yaşlı forvardı transfer edib.
Millimizin üzvü paytaxt klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında “Hatayspor”da çıxış edib. O, Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.