09 Avqust 2024, 16:38
FUTBOL
Xavyer Maskerano Argentinanın gənclər millisinin baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Matc.az xəbər verir ki, bununla bağlı Argentina Futbol Assosiasiyası qərar qəbul edib.
Qurum yeni sözləşmə ilə bağlı qərarı bir neçə həftə sonra keçiriləcək mətbuat konfransında elan edəcək. 40 yaşlı mütəxəssis 2022-ci ildə Argentinanın gənclər millisinin baş məşqçisi təyin edilib. Onun hazırkı müqaviləsi bu ilin sonuna qədərdi.
Qeyd edək ki, Xavyer Maskeranonun rəhbərliyi altında olimpiya yığması Paris-2024 Yay Olimpiya Oyunlarının 1/4 finalında Fransaya uduzub (0:1).