“Vest Hem”in “Nitsa”nın müdafiəçisi Jan-Kler Todibonun transferində israrlıdı. Matc.az xəbər verir ki, Premyer Liqa klubunun texniki direktoru Tim Steidten danışıqlar aparmaq üçün Fransaya gedib.

24 yaşlı fransalı ilə bir neçə həftədi danışıqlar aparan “Yuventus” istəyinə çata bilməyib, tərəflər razılığa gəlməyib. Londonlular isə Todibonun keçidi məsələsində “Nitsa” ilə ilkin razılıq əldə edib. Tərəflər 40 milyon avroluq təzminat məbləğində ortaq məxrəcə gəlib. “Vest Hem” Todibonu bu gün müayinədən keçirməyi planlaşdırır.

Qeyd edək ki, Todibo 2023-24 mövsümündə “Nitsa”nın heyətində 33 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest