“Everton” klubu 2023-cü ilin noyabrında 2021/22 mövsümündə yol verdiyi pozuntulara görə 10 xal silinmə cəzasına məhkum edildi, lakin apellyasiya şikayəti əsasında bu, 6 xala endirildi. Daha sonra həmin ilin aprelində 2022/23 mövsümündə qayda pozuntularına görə daha 2 xal silindi.
Matc.az xəbər verir ki, bu mənzərə artıq klubda tendensiya halını alıb. Liverpul klubunun növbəti dəfə xalı silinə bilər.
Buna səbəb stadionla bağlı faiz ödənişləridir. Əvvəlcə söhbət 17 milyon funt sterlinq məbləğindən gedib, lakin yaradılan müstəqil komissiya məğbləğin 6,5 milyon funt sterlinq olduğunu təyin edib.
Premyer Liqa iddia edir ki, mübahisəli 6,5 milyon funt-sterlinq klubun xərclərinə əlavə edilməlidir, çünki o, cari xərclər üçün istifadə edilmişdir. Lakin qarşı tərəf bununla razılaşmaq istəmir.
Komissiya Premyer Liqanın lehinə qərar verərsə, o zaman “Everton” başlamazdan əvvəl və ya yeni mövsümün əvvəlində xalların silinməsi ilə üzləcək.